Siyasət

Azərbaycanın BMT yanında nümayəndəliyi mükafata namizədlər sırasında

  • 06 Dec 2017
  • 386 baxış

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi "Geneva Engage Awards" mükafatına namizədlər sırasına daxil edilib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə "Geneva Internet Platform"un ısəhifəsində dərc edilmiş məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 11-də üçüncü illik "Geneva Engage" mükafatının təqdim etmə mərasimi keçiriləcək.

"Geneva Engage Awards" mükafatları hər il sosial şəbəkələrdə daha çox fəallıq nümayiş etdirən beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına, qeyri-kommersiya təşkilalatlarına və daimi nümayəndəliklərə verilir.

Namizədlər sırasına Aİ-nin Cenevrədəki nümayəndəliyi, həmçinin Fransanının, İsrailin, Niderland və İsveçin Cenevrədəki daimi nümayəndəlikləri də var.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR