İqtisadiyyat
Asiya İnkişaf Bankı "Şimal-Cənub" layihəsi üçün 400 milyon dollar kredit ayırdı
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması, eləcə də Azərbaycanın dəmiryol sektorunun inkişafı üçün kreditin verilməsini təsdiq edib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu qərar Direktorlar Şurasının dekabrın 1-i keçirilmiş iclasında qəbul edilib.
400 milyon dollar həcmində kredit AİB tərəfindən, daha 175 milyon dollar Fransa İnkişaf Agentliyi tərəfindən təqdim olunacaq.
>AİB tərəfindən vəsait 250 və 150 milyon dollarlıq iki tranşla təqdim olunacaq, Fransa İnkişaf Agentliyinin kreditiri isə 75 və 100 milyon dollarlıq tranşlarla veriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR