İrəvanda Sülh Platformasının ofisi açılacaq
"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın İrəvanda ofisinin açılması istiqamətində iş aparılır.
>XalqTV.com xəbər verir ki, bu barədə azvision.az-a "Ermənistan-Azərbaycan Sülh Platforması"nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.
Okrayabr ayında Tbilisidə keçirilən "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın 1-ci Qurultayında Nizamnamənin təsdiq olunduğunu qeyd edən R.Rzayev bildirib, qurultayda yeni yanaşma ortalığa qoyulub və platformanın yeni tərkib seçilib:
"Ümumi razılaşmaya əsasən, 19 nəfərlik İdarə Heyətində üzvlərin say proporsiyası 5-i erməni, 5-i azərbaycanlı, 9-u isə ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin hərəsindən 1 nəfər olmaqla müəyyən edilib. Eyni zamanda Platformanın yeni yanaşması ilə bağlı müəyyən tədbirlər planı nəzərdə tutulub. Bu plana uyğun fəaliyyətimizi davam etdiririk".
/>R.Rzayev qeyd edib ki, bu yaxınlarda yeni görüşlər keçiriləcək: "Bu istiqamətdə nəzərdə tutulan bütün addımları həyata keçiririk. Yaxın zamanlarda növbəti böyük görüşümüz olacaq. Bu dəfə Gürcüstanda qeydiyyata alınmağımız, Bakıda, Tbilisidə, İrəvanda ofislərin açılması müzakirə olunacaq. Bu istiqamətdə fəaliyyətimiz davam edir".