idman
"Roma" - "Qarabağ" matçı maraqsızdı?
Çempionlar Liqasının sonuncu turunda Azərbaycan çempionu "Qarabağ" səfərdə "Roma" ilə qarşılaşacaq. İtaliyanın paytaxtında görüşə maraq o qədər də yüksək səviyyədə deyil.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu günə qədər sözügedən qarşılaşmaya 40 min bilet satılıb.
Oyunun keçiriləcəyi Roma Olimpiya stadionunun 72 min tutuma malik olduğunu nəzərə alsaq, bu göstərici olduqca az hesab olunmalıdır.
Qeyd edək ki, "Roma" - "Qarabağ" matçı sabah saat 23:45-də start götürəcək.
XalqTV.com
>RƏYLƏR