Dünya

Məşhur bank yaşayış binası oldu - FOTO

  • 04 Dec 2017
  • 263 baxış

Bir zamanlar ABŞ-ın ən məşhur, etibarlı və nüfuzlu banklarından biri sayılmış "Jefferson County Savings Bank"ın binası indi viranə məkandır.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, bank fəaliyyətini 1915-ci ildə dayandırıb.

ABŞ-ın Alabama ştatındakı Cefferson şəhərində yerləşən "Jefferson County Savings Bank" 1913-cü ildə memar Uilyam Uestonun layihəsi əsasında inşa olunmuş "City Federal" binasında yerləşirdi.

27 mərtəbəli bu bina o vaxtlar Birləşmiş Ştatların ən yüksək binası idi.

İndi bu bina yaşayış kompleksidir. Bina sakinləri burada bir zamanlar məşhur bankın fəaliyyət göstərdiyini belə, bilmirlər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR