idman

"AFS"in direktoru: "Fərid Qayıbovun rəhbərliyi altında UEG-in həqiqətən də yaxşı prezident şurası ol

  • 04 Dec 2017
  • 221 baxış

Yeni seçilmiş prezident Fərid Qayıbovun rəhbərliyi altında Avropa Gimnastika İttifaqının (UEG) həqiqətən də yaxşı prezident şurası olacaq. XalqTV.com xəbər verir ki, bunu Trend-ə Avropa Gimnastika İttifaqının sabiq direktoru və Finlandiyada AFS mədəniyyətlərarası proqramların (American Service Field) hazırkı direktoru Kirsi Yerofeyeev-Enqman bildirib.

Onun sözlərinə görə, UEG Fərid Qayıbovun rəhbərliyi altında təşkilatın bütün üzv-federasiyaları ilə yeni keyfiyyətli səviyyədə əməkdaşlıq edəcək və kifayət qədər yaxşı hadisələr, çempionatlar görəcək: "Mən düşünürəm ki, həqiqətən də yaxşı prezident şurası və icraçı komitəsi, eləcə də çox motivasiyalandırılmış texniki komitələr formalaşdırılacaq".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR