Dünya
Ekvador sahillərində güclü zəlzələ olub
Ekvador sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Baiya de Karakes şəhərindən 28 kilometr şimal-şərqdə, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
XalqTV.com
RƏYLƏR