idman
"Qattuzo öz ideyalarını futbolçulara yeridəcək"
"Milan"ın sabiq qaıçısı Kristian Abbyati komandanın baş məşqçisi postuna Cennaro Qattuzonun gətirilməsinə münasibət bildirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, veteran qolkiper bunları qeyd edib:
"Düzgün seçimdir. Qattuzo "Milan"ın DNT-sinə bələddir. Əlbəttə, 4-5 məşq çox şeyi dəyişməyə imkan vemrir. Amma Cennaro öz ideyalarını - maksimal sürətdə oynamaq, istəyi futbolçulara yeridəcək. Futbol bizə asan oyunların olmadığını öyrədir. Nəticələr gəlməyəndə özünəinam də azalır. Fikrimcə, son vaxtlar komandada çatışmayan cəhət elə budur. Biz bir sıra keyfiyyətli futbolçular transfer etdik. Amma 5 ay ərzində onlar özlərini göstərə bilmədilər".
XalqTV.com
RƏYLƏR