İslandiyanın baş məşqçisi: "Skautumuz mənə təkcə Argentinanın 10 nömrəsi haqda danışdı"
İslandiya millsinin baş məşqçisi Haymir Hadlgrimson komandanın DÇ-2018-də düşdüyü qrupu dəyərləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, island məşqçi Argentinaya yetərincə müqavimət göstərməyə çalışacaqlarını bildirib:
"Bu, sadəcə, romantik və əyləncəli bir şeydir. Bunu da Dünya Kuboku romantikası ilə əlaqələndirmək olar. Qrupdakı bütün rəqiblərinə qarşı oynaya bilərik, amma Argentinaya qarşı dəqiq bir söz deyə bilmərəm. Yaxşı futbol göstərsək, Argentinalılara müqavimət göstərə bilərik. Mənim bizim skautla artıq görüşmüşəm. O, mənə ancaq Argentinanın 10 nömrəsi barədə danışdı (gülür). (Lionel Messi - red)
Azarkeşlərimizin çoxu Rusiyaya gələcək, onlar burada da əsl ulduz olacaqlar. Ümid edirəm ki, azarkeşlər ən azı üç matçda burda qalacaqlar. Onlar 2018-ci il Dünya Kubokununun sonuna qədər komandalarına dəstək olacaqlar".
Xatırladaq ki, D qrupunda yer alan İslandiya Argentina, Xorvatiya və Nigeriya ilə mübarizə aparacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində