340 şirkəti təmsil edən şəxslər Azərbaycan Turizm Forumun iştirakçısı oldular - FOTO
Noyabr ayının 25-də, Holiday İnn otelində keçirilən Azərbaycan Turizm Forumu uğurla tamamlandı.
Azərbaycan Turizm Forumu AR Mədəniyyət və Turizm Nazirliyinin siyasi dəstəyi, Azərbaycan Konqreslər Bürosunun əsas təşkilati dəstəyi ilə keçirildi.
Qeyd edək ki, Forumda 340 şirkəti təmsil edən şəxslər iştirakçı qismində iştirak etmişlər. Bu şirkətlər siyahısına iri və xırda otellər, turizm agentlikləri, turizm informasiya mərkəzinin nümayəndələri, bloggerlər, media nümayəndələri, Mədəniyyət və Turizm Nazirliyi, regional turizm şöbələri, Azərbaycan Turizm və Menecment Universiteti, Konqreslər Bürosu, Milli Turizm təbliğat bürosu və s. daxildir.
Xatırlatmaq istərdik ki, Azərbaycan Turizm Forumu turizm sahəsində istər yerli, istərsə də xarici mütəxəssislərin öz təcrübəsini paylaşdığı yeganə platformadır.
Gələn il Forumda yeni məsələlərin müzakirəsi üçün görüşənədək.
Bizi Facebook rəsmi səhifəmizdən https://www.facebook.com/turizmforumuazerbaycan/ izləyə bilərsiniz.
İnformasiya dəstəyi - Trend.az, Day.az, XalqTV.com, Azernews.az
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində