idman

"Baş verən problemlərə qədər onun imici yaxşı olmasa da..."

  • 01 Dec 2017
  • 218 baxış

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba mövsümün sonuna kimi futboldan kənarlaşdırılan həmyerlisi Patris Evra haqqında fikirlərini bölüşüb.

XalqTV.com goal.az-a istinad xəbər verir ki, Poqba onu özünə qardaş kimi gördüyünü bildirib.

"Baş verən problemlərə qədər onun imici yaxşı olmasa da, Patris qızıl oğlandır. O, oyunçulara və klub əməkdaşlarına hər zaman kömək edir. Hətta ehtiyat oyunçular skamyasında belə hər kəsi ruhlandırır. Paltardəyişmə otağında komanda ilə söhbət aparıb onda həvəs oyatmağı bacarır. Evra komanda yoldaşlarına motivasiya verə bilir. "Məndən yaxşı oyna. Heyətdə olmaq istəmirəm, qoy, gənclər inkişaf etsinlər" - deyərdi. O, lider və hamımız üçün böyük qardaşdır. Evraya "Pat dayı" deyirəm. Hər birimizin dayısıdır".

Evra Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Vitoria Qiimaraeş" - "Marsel" (1:0) oyunundan öncə fransalı azarkeşi ayaqla vurduğuna görə cəzalandırılmışdı. Bundan sonra böyük təzyiqlə üzləşən "provanslar" 36 yaşlı müdafiəçinin müqaviləsinə xitam vermişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR