idman
Nizami Hacıyev: "Şokdayam"
AFFA-nın İntizam Komitəsinin qərarına əsasən futboldan ömürlük uzaqlaşdırılan "Keşlə"nin sabiq futbolçusu Nizami Hacıyev qol.az saytına qısa açıqlama verib.
XalqTV.com həmin acıqlamanı təqdim edir:
O, haqqında çıxarılan qərardan şoka düşdüyünü deyib: "İndi bu barədə danışmaq istəmirəm. Özüm də şokdayam".
N.Hacıyev bu gün axşam saatlarında məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini, orada bütün sualları cavablandıracağını bildirib.
Xatırladaq ki, Nizami Hacıyevlə yanaşı "Keşlə"nin digər sabiq futbolçusu Mirhüseyn Seyidov da oyun alqı-satqısında iştirakında ittiham olunaraq futboldan ömürlük uzaqlaşdırılıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR