İlin son turu: "Qarabağ" "Neftçi"yə qarşı
Bu gün Topaz Premyer Liqasında II dövrənin, eləcə də 2017-ci ilin son turu start götürəcək.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 14-cü turun oyunları 3 günü əhatə edəcək.
Açılış oyununda "Qarabağ" öz meydanında "Neftçi" ilə üz-üzə gələcək. Rəqibləri ilə müqayisədə 1 oyun az keçirən "Qarabağ" istənilən halda qış fasiləsinə lider kimi yollanmağı təmin edib.
Qeyd edək ki, turun digər oyunları şənbə və bazar keçiriləcək.
Topaz Premyer Liqa
XIV tur
1 dekabr (cümə)
18:30."Qarabağ" - "Neftçi"
"Azersun Arena"
2 dekabr (şənbə)
14:00. "Kəpəz" - "Sumqayıt"
Gəncə şəhər stadionu
3 dekabr (bazar)
16:00. "Qəbələ" - "Keşlə"
Qəbələ şəhər stadionu
18:30. "Səbail" - "Zirə"
"Bayıl Arena"
|
Bombardirlər
Baqali Dabo ("Qəbələ) - 8 qol
Mahir Mədətov ("Qarabağ") - 6 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol