idman

Cənubi Azərbaycan klubundan inamlı qələbə

  • 01 Dec 2017
  • 252 baxış

Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.

XalqTV.com futbolinfo.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Göstəriş" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Saypa" ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə təbrizlilər qalib gəliblər - 3:1.

Təbrizin digər təmsilçisi "Traktorsazi" isə bu gün səfərdə "Sanat Naft" ilə qarşılaşacaq.

"Göstəriş" hazırda 17 xalla 16 klub arasında 9-cu, "Traktorsazi" isə 15 xalla 12-ci pillədə qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR