idman

Mahir Mədətova Avropa klublarından təklif var

  • 01 Dec 2017
  • 255 baxış

Azərbaycanın U-21 millisinin və "Qarabağ"ın futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

XalqTV.com " qafqazinfo"-ya istinadən xəbər verir ki,  o, "Lider TV"də yayımlanan "Bu bizik" verilişinə telefonla bağlantısı zamanı xarici klubların onunla maraqlandığını deyib.

Mədətov bildirib ki, hər şey 2018-ci ildə dəqiqləşəcək:

"Müqavilə imzalansa, hamı biləcək ki, qış transfer dövründə Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu, hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik. Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin tranfser dövrünü gözləmək lazımdır".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR