idman
"Qremio"nun baş məşqçisi tarixə düşdü
Cənubi Amerikanın ən nüfuzlu klub turniri Libertadores Kubokunun qalibi "Qremio" olub. Braziliya təmsilçisi finalda iki oyunun nəticəsinə görə "Lanus"a qalib gəlib (1:0, 2:1).
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Qremio"nun baş məşqçisi Renato Qauço turnirin tarixinə düşüb. 55 yaşlı mütəxəssis Libertadores kubokunu futbolçu və məşqçi kimi qazanan ilk şəxsdir.
1983-cü ildə Qauço "Qremio"nun hücumçusu kimi bu titula sahib çıxmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR