Siyasət

Səfir: "Aİ-nin və qonşu ölkələrin münaqişələrin həlli üzrə mövqeyi tam aydındır"

  • 29 Nov 2017
  • 338 baxış

Aİ-nin və qonşu ölkələrin münaqişələrin həlli üzrə mövqeyi tam aydındır. XalqTV.com  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv"ə bildirib.

F.İsgəndərovun sözlərinə görə, sammitin yekun bəyannaməsinin Azərbaycan üçün çox müsbət elementləri var: "Aİ ölkələrinin mövqeyi Şərq Tərəfdaşlığının üzvü olan bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstək məsələsində daha aydın görünür. Münaqişələrin həlli məsələsində heç bir ziddiyyətli yanaşmalar olmayıb".

Səfir əlavə edib ki, Aİölkələrinin və qonşu ölkələrin münaqişələrin həlli üzrə mövqeyi tam aydındır: "Onların beynəlxalq hüquq prinsiplərinə və qanunlarına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə əsaslanan ümumi yanaşmaları var. Bu, "Şərq Tərəfdaşlığının" üzvü olan altı ölkədən dörd üçün çox vacibdir. Təəssüf ki, bu dörd ölkə münaqişələrin iştirakçılarıdı".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR