idman

Formula 1 pilotu "Qarabağ"ın qonağı olub - FOTO

  • 29 Nov 2017
  • 258 baxış

Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, paytaxtda səfərdə olan F1 Azərbaycan Qran Prisinin sonuncu qalibi, "Red Bull"un pilotu Daniel Rikkiardo komandanın qonağı olub.

Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adı yazılan forma hədiyyə olunub. D.Rikkiardo isə özünə məxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə təqdim edib.

Daha sonra futbolçularla söhbət edən pilot bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR