Siyasət
Çavuşoğlu Ankarada həmsədrlərlə görüşdü
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə M. Çavuşoğlu şəxsi "Twitter" səhifəsində yazıb.
"Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim", - deyə M. Çavuşoğlu qeyd edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR