Siyasət
"Ermənistan Arazı çirkləndirir, xərçəng xəstəliyi artır" - İranlı deputat
İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.
O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.
Deputat bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR