idman
"Real" qapıçısını satmaq istəyir
"Real Madrid" Kiko Kasilya ilə yollarını ayırmağı planlaşdırır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Madrid klubu 31 yaşlı qapıçını transferə çıxarmaq qərarına gəlib.
2014-cü ildən "Real"da çıxış edən Kasilya Keylor Navasdan sonra komandanın 2-ci nömrəsidir. O, 34 rəsmi oyunda meydana çıxıb. "Real"ın növbəti qapıçı hədəfi "Athletic"in çərçivə qoruyucusu Kepa Arrisabalaqadır.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR