idman

Səudiyyə Ərəbistanı yığmasında yeni baş məşqçi

  • 28 Nov 2017
  • 229 baxış

Futbol üzrə 2018-ci il dünya çempionatında iştirak edəcək Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi müəyyənləşib. 

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komanda Xuan Antonio Pitsiyə tapşırılıb. 49 yaşlı çilili mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Pitsi son 3 ayda Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına gətirilən 3-cü baş məşqçidir. O, sentyabrda komandanı mundiala çıxaran Bert va Marveykdən sonra onun həmyerisi Edqardo Bausanın yerini tutub.

Qeyd edək ki, Xuan Antonio Pitsi 2016-cı ildə Çili yığmasının baş məşqçisi kimi Amerika Kubokunu qazansa da, DÇ-2018-ə vəsiqə əldə edə bilmədiyi üçün istefa verib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR