idman
Mahmudov mövsümün son oyununu buraxdı
Futbol üzrə Portuqaliya çempionatında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası - "Boavista" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda çempionluğu daha öncə təmin etmiş "Benfica" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.Emin bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Boavista" isə mövsümü 43 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.
XalqTV.com
RƏYLƏR