idman

İtaliya klubu yeni məşqçi ilə anlaşdı

  • 28 Nov 2017
  • 253 baxış

İtaliyanın daha bir klubunda məşqçi dəyişikliyi baş verib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "Milan"ın ardınca "Sassuolo" da yeni çalışdırıcı ilə anlaşıb.

Kristian Bukki ilə yolları ayıran A seriyası təmsilçisi əvəzində "Palermo" və "Udineze"nin sabiq çalışdırıcısı Cüzeppe Yakini ilə anlaşıb. Məlumat klubun rəsmi saytında yerləşdirilib.
 
Bukkinin rəhbərliyi altında "Sassuolo" sonuncu matçını "Verona"ya qarşı keçirib (0:2).
 
Qeyd edək ki, 14 turdan sonra 11 xal toplayan "Sassuolo" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR