idman

"Roma" "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir

  • 27 Nov 2017
  • 235 baxış

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan İtaliya "Roma"sı İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Matteo Darmianı transfer etmək istəyir.

XalqTV.com report-a istinadən xəbər verir ki, paytaxt komandası İtaliya yığmasının müdafiəçisini qış fasiləsində icarəyə götürməyi, mövsümün sonunda isə birdəfəlik transfer etməyi düşünürlər. Darmian 2015-ci ilin yayında 12,7 milyon funt sterlinq qarşılığında İtaliyanın "Torino" klubundan "Mançester Yunayted"ə keçib. O, cari mövsümdə 9 matçda forma geyinib.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsində son oyununu dekabrın 5-də İtaliyada "Roma"ya qarşı keçirəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR