idman

Toy etməyə pul tapmayan azərbaycanlı futbolçu evlənir - FOTO

  • 27 Nov 2017
  • 262 baxış

"Keşlə" klubunun qapıçısı Orxan Sadıqlı evlənir.

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, 24 yaşlı oyunçunun toyu bu gün olacaq. 

Orxan toyu ilə bağlı bir neçə ay öncə maraqlı açıqlama vermişdi. Sadıqlı "Keşlə"dən maaşlarını vaxtında ala bilmədiyi üçün toyunu təxirə saldığını deyərək gündəmə gəlmişdi. 

Hətta futbolçu bildirmişdi ki, toyunu etmək üçün başqa iş axtarır. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR