Siyasət

Vatikan Roma Papasının Azərbaycana səfərinə həsr edilən poçt markası buraxdı - FOTO

  • 27 Nov 2017
  • 369 baxış

Vatikan Roma Papası Fransiskin 2016-cı ildəki səfərlərinə həsr olunmuş xüsusi poçt markaları buraxıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, katoliklərin dini liderinin Azərbaycan və Gürcüstana səfərinə həsr edilən poçt markasında arxa fonda Bibiheybət məscidinin şəkli əks olunub.

Digər poçt markaları isə Papanın Meksika, Polşa, Yunanıstan, İsveç və Ermənistana səfərləri ilə bağlıdır.

Qeyd edək ki, Fransiskin Ermənistana səfəri münasibətilə buraxılan poçta markasında arxa fonda qondarma "erməni soyqırımı"na ucaldılan abidə əks olunub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR