İqtisadiyyat

Səfir: "Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək"

  • 27 Nov 2017
  • 396 baxış

Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, işçi qrupunun birinci iclası gələn ilin əvvəlində keçiriləcək.

O xatırladıb ki, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında dəmir yolu dəhlizinin yaradılması ilə bağlı sənəd imzalanıb:

"Bu layihə vasitəsilə Əfqanıstan Türkmənbaşı və Batumi limanları, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə biləcək".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR