Bakıda böyük söküntü - Evlərindən kirayəyə köçənlərin mənzillə təmin olunacağı sual altındadır
"Bakıda köhnə tikililərin, xüsusən də "Xruşşovka" adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər. İlk baxışdan inşaat şirkətlərin təklifi normal təsir bağışlayır: bina inşa edilənədək kirayə haqqı ödənilir, daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük mənzilə sahib olur. Amma proses heç də belə sadə olmaya bilər".
XalqTV.com xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
/>
Belə ki, ekspert qeyd edib ki, risklər sığortalanmadığından inşaat şirkəti gələcəkdə öhdəliyini yerinə yetirə bilməzsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil:
/>
"Məsələn, təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü. Lakin yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda, sakinləri yeni mənzillərlə hansı şirkət təmin edəcək? Sakinlərlə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alnmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivləri sataraq ödəmək də mümkün deyil".
/>
V.Bayramov hesab edir ki, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsnə ehtiyac var: "Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir. Evini tərk edib kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində