Dünya

3 yaşlı Məhəmməd anasının belində can verdi - FOTO

  • 27 Nov 2017
  • 284 baxış

Bir qrup şəxs qeyri-qanuni yolla İrandan Türkiyəyə keçib.

XalqTV.com İHA-ya istinadla bildirir ki, qeyri-qanuni yolla İrandan Türkiyəyə keçən Əfqanıstan əsilli qrupdan geriyə Qarasu çayında donub ölən 3 yaşlı uşağın cəsədi qalıb.

Qaçaqlar Ağrı dağının ətəklərindən Aralık mahalına gəliblər. Onlar Qarasu çayının yanına çatanda polislərə yaxalanıblar. Polislər əraziyə çatanda 3 yaşlı uşağın cəsədini tapıblar.

Çayı keçərkən islanaraq ölümcül xəstələnən bir neçə nəfər xəstəxanaya çatdırılıb.

Anasının kürəyində cəsədi tapılan Qana əsilli Məhəmməd adlı uşağın cəsədi autopsiya edilmək üçün Ərzuruma göndərilib. Onun donaraq öldüyü təsdiqlənib. O, Ərzurumdakı kimsəsizlər qəbirstanlığında dəfn ediləcək.

/>

Bəxtiyar Umarlı
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR