idman

Məşhur futbolçu 9 ildir alimentdən yayınır

  • 27 Nov 2017
  • 233 baxış

Karyerasını "Antalyaspor"da davam etdirən Samuel Eto`o nikahdan kənar doğulan qızı Enni ilə bağlı problemlər yaşayır. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, yeniyetmə qızın anası Anna Mariya Barranka kamerunlu hücumçunun alimenti ödəməsini tələb edir. Barranka 9 ildir ki Eto`onu rahat buraxmır.

Kamerunlu forvardın qızı 2002-ci il 6 avqustda dünyaya gəlib. Eto`o uşağı qəbul etməyincə məhkəməyə verilmişdi. İspaniya məhkəməsi 2004-cü ildə Ennini onun qızı kimi təsdiq etdi və 2500 avro aliment müəyyənləşdirdi. Eto`o "Barcelona"ya transfer olunandan sonra alimentin məbləği 3 min avroya yüksəldi. Barranka son olaraq Antalya məhkəməsinə müraciət etmişdi. Məhkəmə 2017-ci il 28 martda əvvəlki məhkəmələrin qərarını təsdiqlədi. Eto`o isə apellyasiya məhəkəməsinə müraciət edib. Hal-hazırda son qərarın verilməsi gözlənilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR