Dünya

Tramp: "...uydurduqları bəraətdir: Rusiya, Rusiya, Rusiya"

  • 27 Nov 2017
  • 263 baxış

Rusiyanın ehtimal olunan seçkilərə müdaxiləsini, ABŞ-ın Demokratik partiyası 2016-cı ilin seçkilərində məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurublar.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Yazıda deyilir: "Mənim hakimiyyətə gəldiyim gündən bütün eşitdiyiniz - demokratların seçkilərdə məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurduqları bəraətdir: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq, mən ölkə iqtisadiyyatında canlanmanı təmin etmişəm və 10 ay ərzində keçmiş prezidentlərdən daha çox iş görmüşəm. Amerikanı yenə ulu edək".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR