idman
Bakı-2017: Daha bir zorxanaçımız medal qazandı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışı davam edir.
XalqTV.com Trend-ə istinadən bildirir ki, idmançımız Məmməd Salamov kəbbadə növündə 572 xal toplayaraq bürünc medal qazanıb.
İranlı Möhsün Gülüstani Zadə qızıl (646.5 xal), iraqlı Cabir Əbdüləmir isə gümüş (635.5) medala sahib olub. Digər bürünc medala Tacikistan təmsilçisi İsmoil Sanqov yiyələnib.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
RƏYLƏR