idman

"Atletiko"dan tarixinin ən uğurlu startı

  • 26 Nov 2017
  • 245 baxış

İspaniya La Liqasının 13-cü turunda Valensiya səfərinə yollanan "Atletiko" "Levante"ni 5 cavabsız qolla darmadağın edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Madrid klubu Primeranın ilk 13 turunda məğlub olmamaqla tarixinin ən yaxşı nəticəsini göstərib. Əvvəlki rekord məğlubiyyətsiz 12 oyun idi. "Atletiko" buna 1995/96 mövsümündə nail olmuşdu. Həmin mövsüm klub "qızıl dubl"a imza ataraq İspaniya çempionluğuna və Kuboka sahib çıxmışdı. Qeyd edək ki, "Atletiko" son 18 səfər matçında da məğlubiyyət acısı yaşamayıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR