idman
4 gimnastika növü üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu gününə start götürüb - F
Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi sonuncu, yəni dördüncü gününə start verilib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, yarışların 4-cü günündə yarışlara bədii gimnastika nümayəndələri və batutçular çıxacaq.
Yarışların yekununda bədii gimnastika üzrə "balacalar" və "yeniyetmələr" kateqoriyaları, batutda tullanma üzrə yarışlarda isə 5 (beş) kateqoriya üzrə qaliblər müəyyənləşəcək
XalqTV.com
RƏYLƏR