Dünya
Çilidə avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Çilidə avtobus qəzaya uğrayıb, ən azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Telesur" telekanalı məlumat yayıb.
Qəza ötən gecə Araukaniya vilayətində Viktoriya və Karakautin şəhərləri arasında, paytaxt Santyaqodan 600 km uzaqlıqda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Çili prezidenti Mişel Baçelet "Twitter" sosial şəbəkəsindəki səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.
XalqTV.com
RƏYLƏR