Dünya

İran: "Nüvə enerjisi ilə çalışan mühərriklərə ehtiyacımız var"

  • 26 Nov 2017
  • 269 baxış

İran Hərbi Dəniz Qüvvələri (HDQ) sualtı qayıqları  üçün nüvə enerjisi ilə çalışan mühərriklərin əldə edilməsini zəruri sayır.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hanzadi bəyan edib.

Bu vəzifəyə təyinatından sonra ilk dəfə mətbuata açıqlama verən admiral Hanzadi deyib ki, sualtı qayıq aşkarlanmadığı müddətdə mövcuddur və yeri müəyyənləşdirilən andan artıq mövcud sayıla bilməz. Admiral İranın dəniz altında maraqlarının qorunması üçün mütləq nüvə yanacağı ilə çalışan mühərrikə ehtiyacı olduğunu vurğulayıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR