idman

Tsiskaridzedən master-klas - FOTO

  • 26 Nov 2017
  • 258 baxış

A.Y. Vaqanova adına Rus Balet Akademiyasının elmi-şurasının sədri və rektoru, Rusiyanın xalq artisti Nikolay Maksimoviç Tsiskaridze Milli Gimnastika Arenasında qonaq olub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, ölkəmizə ilk dəfə səfər etmiş dünyaca məşhur baletmeystr bədii gimnastika üzrə yığma komandanın üzvləri ilə görüşərək, onlara klassik baletin ən incə məqamlarını izah edib. Gimnastlarımız əsl sənətkardan dərs almağın həyəcan və sevinc hisslərini eyni anda yaşayıblar.

Ustad dərslərində yaxından iştirak edən gimnastika növləri üzrə yığma komandalarımızın xoreoqraflarının suallarına səmimiyyətlə cavab verən Tsiskaridze, sonda bütün komanda heyəti ilə xatirə şəkilləri çəkdirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR