Siyasət

Çanaqqala zəfərində iştirak etmiş azərbaycanlıların xatirəsinə abidə ucaldılacaq

  • 25 Nov 2017
  • 379 baxış

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çanaqqala vilayətinin rəhbər şəxsləri və Onsəkkiz Mart Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki,  Xəzər İbrahim əvvəlcə Çanaqqala şəhidliyi kompleksində olub, şəhidlərin xatirəsini yad edib. Çanaqqala döyüşlərində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılacaq abidənin yerinin müəyyən edilməsi üçün təklif olunan yerlərə baxış keçirilib.

Sonra Çanaqqala valisi Orxan Tavlı və şəhər bələdiyyəsinin sədri Ülgür Gökhanla ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı yüksək qiymətləndirilib. Çanaqqala şəhidliyi kompleksində azərbaycanlı şəhidlərin xatirəsinə abidə ucaldılmasına dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Çanaqqala Onsəkkiz Mart Universitetində azərbaycanlı tələbələrlə görüş olub. Səfir tələbələri maraqlandıran sualları cavablandırıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR