Siyasət

"Gec olsun, güc olsun"

  • 25 Nov 2017
  • 366 baxış

Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanın güclənməsi bizə çox lazımdır.

XalqTV.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

/>

Prezident İlham Əliyev: "Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir" - FOTO

 

Ekspertin fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin Brüssel səfəri zamanı Azərbaycan üçün müsbət hadisələr baş verib: "Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etdi. İlham Əliyev ayrıca, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdü. Tərəflər Azərbaycan NATO arasındakı əməkdaşlığın uğurla davam etdiyini bildirdilər. İlham Əliyev NATO Baş katibini Azərbaycana rəsmi səfərə dəvət etdi. Bu səfər və Brüsseldə aparılan danışıqlar göstərir ki, rəsmi Bakı NATO ilə əməkdaşlığı davam etdirəcək. NATO standartları Azərbaycan ordusu üçün çox vacibdir.

Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir" - FOTO

 

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramının 5-ci sammitində də iştirak etdi. Ermənistan prezidenti sammitdə Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzaladı. Rəsmi Bakı ilə Brüssel arasında sazişin mətni isə hələ hazırlıq mərhələsindədir və gələn ilin ortalarına qədər imzalanması planlaşdırılır. Bakı və Brüssel tələsmirlər. Əsas odur ki, imzalanacaq saziş keyfiyyətli olsun. Atalarımız demişkən, "gec olsun, güc olsun". Ancaq istəyimiz odur ki, həqiqətən güc olsun və saziş Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanı gücləndirsin. Bu inteqrasiya bizə çox lazımdır. Bütün hallarda Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır. Məsələn, sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanması müsbət haldır".

Bu sənəd Azərbaycanın AB-dən Ermənistana təzyiq tələbinə əlavə əsas verəcək

 

E.Şahinoğlu hesab edir ki, Şərq Tərəfdaşlıq Proqramı sammitində qəbul olunan yekun Birgə Bəyannamə də Azərbaycanın xeyrinə idi: "Bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini açıqladı. Bundan başqa sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər və sammit iştirakçılarını regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdılar.
Ancaq onu da unutmayaq ki, belə sənədlərin sayı həddən artıq çoxdur, hamısı da faktiki xeyrimizədir, ancaq münaqişə yerində sayır".

İlkin İzzət
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR