idman

Yunis Hüseynov: "Yaxşı nəticə əldə edəcəyik"

  • 25 Nov 2017
  • 259 baxış

"Kəpəz"in baş məşqçisi postunda Gəncədə debüt edəcəyim üçün həyəcanlı deyiləm. Çünki mənim üçün doğma yerə, evimə gəlmişəm. Son günlərdə verdikləri dəstəyə görə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlara səslənib "Qəbələ" ilə oyunumuza dəvət edirəm. Stadiona gəlib komandaya azarkeşlik etmələrini istəyirik".

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 13-cü turunda "Qəbələ" ilə oyun öncəsi klubun saytına deyib.

O, komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib: "Kəpəz"i yeni qəbul etmişəm, cəmi 4 məşq keçmişik. Görürəm ki, əhval-ruhiyyə yaxşıdır. Amma itkilərimiz var. Cəza və zədə səbəbindən bəzi futbolçular bizə kömək edə bilməyəcəklər. Onların yoxluğu komandaya çətinlik yaradacaq.

Futbolçuların əhval-ruhiyyəsindən hiss edirəm ki, komanda yaxşı nəticə əldə edəcək. Bizim fikrimiz qalib gəlməkdir. Uşaqlar da vəziyyəti yaxşı başa düşürlər. Oyunçular mübarizə keyfiyyətlərini ortaya qoyub, yaxşı çıxış etməlidirlər".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR