Azərbaycan-NATO əməkdaşlığı daha da inkişaf edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahında çıxışı, eləcə də onunla görüşdən sonra NATO-nun Baş katibi Yens Stoltenberqin söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir.
/>
Bunu XalqTV.com-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
/>
Azərbaycan-NATO əməkdaşlığı eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılmasına istər islahatlar həyata keçirməklə dəstək verir. Həm Azərbaycan prezidenti, həm də NATO Baş katibinin söylədiyi kimi, qarşılıqlı maraq doğuran bu əməkdaşlığın böyük potensialı var və zənnimcə, bu əməkdaşlıq daha da inkişaf edəcək".
/>
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb, həmçinin, NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak və çıxış edib.
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində