İqtisadiyyat

WTI markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 59 dolları ötüb

  • 25 Nov 2017
  • 345 baxış

Dünya birjalarında neft bahalaşmaqdadır.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 59,03 dollara çatıb.

İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5% artaraq 63,87 dollar olub.
 
Beləliklə, WTI markalı neftin qiyməti 2015-ci il, iyunun 30-dan dən etibarən ilk dəfə 59 dolları ötüb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR