idman
Kurtua "Çelsi"yə şərt qoydu
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"nin qapıçısı Tibo Kurtua yeni müqavilə üçün klub rəhbərliyinin qarşısına şərt qoyub.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper maaşının artırılmasını istəyib.
Hazırkı müqaviləyə əsasən 110 min avro məvacib alan Kurtua yeni anlaşma üçün 230 avro tələb edir. O, "Mançester Yunayted"dəki həmkarı David de Xea qədər qazanmaq niyyətindədir.
Qeyd edək ki, London klubu ilə 2019-cu ilin yayına qədər müqaviləsi olan qapıçı "Real", PSJ, "Atletiko" və "Yuventus"un maraq dairəsindədir.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR