Dünya
Londonda metroda atışma barədə məlumat təsdiqini tapmayıb - YENİLƏNİB
22:43
Londonun "Oxford Circus" metro stansiyasında silahlı insidentlə bağlı məlumatlar təsdiqini tapmayıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, polis qüvvələri hadisə yerini tərk edir, stansiya ştat rejimində fəaliyyətini davam etdirir.
Məlumata əsasən, bir qadın təxliyə zamanı yüngül xəsarət alıb.
---------
22:11
Londonun "Oxford Circus" metro stansiyasında silahlı insident baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın yaralanıb.
İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
Bundan əvvəl "Oxford Circus" metro stansiyasında insanların təxliyə olunduğu barədə məlumatlar yayılıb.
XalqTV.com
RƏYLƏR