idman

Ukrayna Premyer Liqasında çempion məlumdur

  • 07 May 2017
  • 215 baxış

"Şaxtyor" klubu tarixində 10-cu dəfə Ukrayna çempionu olub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Ukrayna Premyer Liqasında "pley-off" mərhələsinin 6-cı turu Donetsk klubunun çempionluğunu rəsmiləşdirib.  "Şaxtyor" Xarkovdakı "Metallist" stadionunda keçirilmiş görüşdə "Zorya"nı məğlub edib - 3:2. Bununla da xallarını 75-ə çatdıran "Shakhtar" birinci pillədəki yerini təmin edib. İkinci pillədə gedən Kiyev "Dinamo"su liderdən 17 xal geri qalıb. "Zorya" isə 42 xalla 3-cüdür.

Qeyd edək ki, Ukraynada ən çox çempionluğu "Dinamo" (15 dəfə) qazanıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR