İqtisadiyyat

"2020-ci ilədək qlobal neft tələbatı gündəlik 100 milyon barreli ötəcək"

  • 24 Nov 2017
  • 337 baxış

2020-ci ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon barreli ötəcək.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.

O qeyd edib ki, 2020-ci ilə qədər qlobat neft tələbatının gündəlik 100 milyon barreli ötəcəyi proqnozlaşdırılır. 2040-cı ilə qədər isə bu göstərici 111 milyon barrel səviyyəsinə çatacaq. Bu artan tələbatın əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən formalaşacaq.

"Yaxın gələcəkdə neft və qaz dünya enerji səbətində böyük rol oynayacaq. Neft-qazın 2040-cı ilə qədər dünya enerji səbətinin təxminən 52 faizini təşkil edəcək. 2040-cı ilə qədərki dövrdə ümumi enerji tələbatı 35 faiz artacaq", - deyə M.Barkindo əlavə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR