İqtisadiyyat

Bir manatlıq metal sikkələr buraxıla bilər

  • 23 Nov 2017
  • 339 baxış

Azərbaycan Mərkəzi Bankı bir manatlıq əskinasları metal sikkə ilə əvəz etmək imkanını nəzərdən keçirir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

Mərkəzi Bank sədrinin birinci müavini beş manatlıq əskinasların metal sikkə ilə əvəz olunacağı barədə şayiələri isə təkzib edib.

A.Quliyev əlavə edib ki, bu məsələ müzakirə olunan məsələlərin gündəliyində deyil.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR