idman

Bakı-2017: Zorxana yarışından daha bir medal

  • 21 May 2017
  • 205 baxış

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları davam edir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, təmsilçimiz Xəyyam Orucov milbazi növündə gümüş medal qazanıb - 379 xal.

İran idmançısı Pejman Sükunəti 893 xalla birinci olub. Bürünc medallara Əhməd Şakib Atahi (Əfqanıstan) və Ərbab Sərdar Xan (Pakistan) yiyiələnib.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR