idman
İngiltərə mətbuatı "Qarabağ"a edilən haqsızlıqdan yazdı - FOTO
Çempionlar Liqasında "Qarabağ"ın "Çelsi"yə 0:4 məğlub olduğu matça hakim qərarları damğa vurub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı hakim Manel De Souzanın Rəşad Sadıqova qırmızı vərəqə verdiyi epizod İngiltərə mətbuatının da gündəminə düşüb. Məşhur "The Sun" qəzeti ilk penaltinin mübahisəli olduğunu və qırmızı vərəqənin isə yanlış verildiyini yazıb.
Nəşr xəbərə "Çılğın qərar" başlığını verib və hakimin qərarına hətta "Çelsi" azarkeşlərinin də təəccübləndiyini vurğulayıb.
"Zadəganlar"ın azarkeşləri tvitterdə də eyni fikri paylaşıblar. Onların arasında tanınmış jurnalist Mazolo Malefe də yer alıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR